İdman

Formula-1: Bakıya gələn xarici turistlərin sayı rekord həddə...

24 Sep 2026, 14:21 21 baxış
Formula-1: Bakıya gələn xarici turistlərin sayı rekord həddə...

Sayca 10-cu dəfə Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisinə gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.


Bu barədə Axar.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat verib.


Bu, Formula-1-in paytaxt Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Xarici qonaqların ötən ilki sayı 14 min olmuşdu.


Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.

Mənbə axar.az

Oxşar Xəbərlər