Cəmiyyət
"Aptek Bəxtiyar"ın nəvəsinin kateri otelin restoranına çırpıldı
Ötən gecə Mingəçevirdə qayıq qəzası baş verib.
Axar.az Xitab24.az-a istinadla xəbər verir ki, yüksək sürətlə hərəkət edən qayıq idarəetmədən çıxaraq "River Side" otelinin restoranına çırpılıb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
İlkin məlumata görə, kater Mingəçevirdə "Aptek Bəxtiyar" kimi tanınan, bir neçə il öncə həyatına qəsd edən Bəxtiyar Səmədovun nəvəsinə məxsus olub.
Mənbə
axar.az