İdman
Bakıda "Formula-1" yarışını rekord sayda xarici turist izləyir
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin 10-cu yarışında Bakıya gələn xarici turistlərin sayı rekord həddə çatıb. Oxu.Az xəbər verir ki, yarışın 10-cu illiyində Azərbaycan paytaxtına gələn xarici qonaqların sayı 16 mini ötüb. Bu, "Formula-1"in Bakıda keçirildiyi dövr ərzində qeydə alınan ən yüksək göstəricidir. Ötən il Azərbaycan Qran-prisini izləmək üçün Bakıya 14 min xarici qonaq gəlib. Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərib. Belə ki, 2026-cı il Azərbaycan Qran-prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb.
Mənbə
oxu.az