Kriminal

Bakıda maşında meyit tapıldı

24 Sep 2026, 13:36 18 baxış
Bakıda maşında meyit tapıldı
Bakıda sürücü sükan arxasında ölü tapılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu ərazisində baş verib. Sentyabrın 23-ü saat 10 radələrində Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini 1958-ci il təvəllüdlü Zahab Allahverdiyevin meyiti sükan arxasında tapılıb. İlkin ehtimala görə, sürücü idarə etdiyi "Mercedes" markalı avtomobildə ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər