Cəmiyyət
Bakıda poliklinikanın təmirinə milyon yarım xərclənəcək
Bakıda 28 saylı şəhər poliklinikasının əsaslı təmiri ilə bağlı açıq tender elan edilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tərəfindən keçirilən tenderin ehtimal olunan qiyməti 1 milyon 513 min manat təşkil edir. Satınalma siyahısında dam örtüyünün sökülməsi, sement-qum düzləndirici qatın hazırlanması, inşaat tullantılarının daşınması, divarların suvaqlanması, örtüyün istiləşdirilməsi və digər təmir işləri yer alıb. Ümumilikdə satınalma siyahısında 291 adda iş qeyd edilib.
Mənbə
oxu.az