İdman
"Formula-1" Azərbaycan Qran-prisi: Pilotların ilk sərbəst yürüşünə start verildi
Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşünə start verilib. Oxu.Az xəbər verir ki, ilk sərbəst yürüş saat 12:30-da başlayıb və 13:30-da başa çatacaq. Sınaq yürüşündə hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparır. Pilotlar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı Şəhər Halqasında dövrə vuracaqlar. Qeyd edək ki, bu gün əsas pilotların ikinci sərbəst yürüşü də keçiriləcək. Xatırladaq ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
Mənbə
oxu.az