İdman

Formula-1 “Sea Breeze”də keçirilə bilər - Video

24 Sep 2026, 12:38 17 baxış
Formula-1 “Sea Breeze”də keçirilə bilər - Video

Xalq artisti Emin Ağalarov Formula-1 Azərbaycan Qran-Prisinin gələcəkdə Bakının mərkəzindən “Sea Breeze” ərazisinə köçürülməsi ehtimalı haqda video paylaşıb.


Axar.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni paylaşdığı videoaçıqlamada bununla bağlı işlərə başlanıldığını bildirib.


Emin deyib ki, uzun müddətdir sahibi olduğu yaşayış kompleksində Formula-1 yarışı üçün xüsusi trasın inşa olunacağı ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, layihənin reallaşdırılması üçün Formula-1 traslarının layihələndirilməsi ilə məşğul olan şirkətlə də əlaqə yaradılıb.


E.Ağalarov qeyd edib ki, 2030-2031-ci illərə qədər trasın və ətraf infrastrukturun tikintisi mümkün olarsa, Formula-1 yarışlarının “Sea Breeze”də keçirilməsi nəzəri olaraq mümkündür:


“Hazırda bununla bağlı konkret razılaşmalar yoxdur. Amma bizim belə bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də “Sea Breeze”də Formula-1 uzaqda deyil”.


Emin həmçinin oyunların həmin ərazidə necə görünə biləcəyi görüntülərini də yayımlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər