Kriminal
Şəkidə qəza: Bir ailənin dörd üzvü xəsarət aldı
Şəkidə iki avtomobilin toqquşması nəticəsində bir ailənin dörd üzvü xəsarət alıb. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində qeydə alınıb. "Toyota" və VAZ-2107 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərdən birində olan bir ailənin dörd üzvü xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar. Onların xəsarətlərinin yüngül olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az