Kriminal

Azərbaycan prospektində ağır qəza: yaralılar var

24 Sep 2026, 00:00 2 baxış
Azərbaycan prospektində ağır qəza: yaralılar var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Azərbaycan prospektində qeydə alınıb. “Mersedes” və “Şevrolet” markalı minik avtomobilləri toqquşub.


Zərbənin təsirindən idarəetmədən çıxan “Şevrolet” yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.


Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər