Kriminal

Rəşad Səfərov xəstəxanaya yerləşdirildi

23 Sep 2026, 14:15 22 baxış
Rəşad Səfərov xəstəxanaya yerləşdirildi

Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanaya yerləşdirilib.


Kult.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.


O bildirib ki, Rəşad Səfərovun halı günorta saatlarında, dərs vaxtı qəfildən pisləşib:


“Buna səbəb şəkərinin 400-ə qədər qalxması olub. Rəşad müəllimin şəkəri var. Həyat yoldaşı ilə danışdım, bildirdi ki, ürəyində küt ağrılar hiss edib və huşu özündə olmayıb. Xəstəxanaya uşaqları aparıblar. Hazırda müalicə alır. İki-üç gün həkim nəzarətində olmalıdır. Sistem köçürülür. İlkin diaqnoz ürəyi ilə bağlı problemdir, oksigen çatışmazlığı var”.

Mənbə axar.az

Oxşar Xəbərlər