Kriminal

Bakıda sərnişin avtobusunda həyəcanlı anlar - Video

23 Sep 2026, 00:36 26 baxış
Bakıda sərnişin avtobusunda həyəcanlı anlar - Video
Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində sərnişin avtobusunda tüstülənmə baş verib. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.

Qeyd edilib ki, tüstülənmə metronun "28 May" stansiyasından Hövsan istiqamətinə hərəkət edən 120 nömrəli xətt avtobuslarının birində baş verib. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər