Kriminal

Sərxoş kişi kimyəvi məhlul içdi, təcili Bakıya gətirildi

22 Sep 2026, 13:10 21 baxış
Sərxoş kişi kimyəvi məhlul içdi, təcili Bakıya gətirildi
Kürdəmir sakini kimyəvi məhluldan zəhərlənib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Atakişili kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Elvin Çingiz oğlu Mahmudov evində səhvən essensial turşusu (sirkə) içib. O, təcili olaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra xəstənin vəziyyəti ağır olduğundan təcili tibbi yardım briqadası vasitəsilə Bakıya - Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Məlumata görə, E.Mahmudov sərxoş vəziyyətdə olub və səhvən essensial turşusunu içib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər