Kriminal

Bakıda kuryoz olay: Yanğına baxarkən avtomobilin vurduğu şəxsin vəziyyəti açıqlandı

22 Sep 2026, 12:00 22 baxış
Bakıda kuryoz olay: Yanğına baxarkən avtomobilin vurduğu şəxsin vəziyyəti açıqlandı
Ötən gün Bakının Nərimanov rayonunda avtomobilin vurduğu piyadanın vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib: "21.09.2026-cı il tarixində saat 18:55-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ərazisindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Qamış sümüyünün sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında 21.09.2026-cı il tarixində saat 21:30-da özəl tibb müəssisəsinə təxliyə olunub". Qeyd edək ki, zərərçəkən ötən gün Bakının Nərimanov rayonunda, Ə.Əliyev küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğını izləyərkən avtomobillə vurulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər