Digər

Ukrayna Samara neft emalı zavodunu vurdu - Video

22 Sep 2026, 11:10 20 baxış
Ukrayna Samara neft emalı zavodunu vurdu - Video

Ukrayna PUA-ları Rusiyanın Samara vilayətində yerləşən “Kuybışev” neft emalı zavodunu vurub.


Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


Məlumata görə, sentyabrın 22-nə keçən gecə baş verən hücum nəticəsində müəssisədə genişmiqyaslı yanğın başlayıb.


Qeyd edək ki, “Kuybışev” NEZ geniş çeşiddə neft məhsullarının, o cümlədən motor və dizel yanacağının, aviasiya kerosininin, mazut və bitumun istehsalı üzrə ixtisaslaşıb.


Müəssisə Volqaboyu regionunun neft sektorunun aparıcı müəssisələrindən biridir. Zavodun illik neft emalı gücü təxminən 7 milyon ton təşkil edir.

Mənbə axar.az

Oxşar Xəbərlər