Kriminal

Dənizdə batan tələbələrin meyitləri tapıldı

22 Sep 2026, 10:32 22 baxış
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxslərin meyitləri tapılıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb. Bildirilib ki, 2008-ci il təvəllüdlü olan Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdlü Elmin Elman oğlu Əmrəliyevin meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, dənizdə boğulanlar tələbə imişlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər