Kriminal
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Göygöl rayonunun Üçtəpə kəndində 38 yaşlı qadının qətli ilə bağlı yeni təfərrüat ortaya çıxıb. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, kənd sakini Mehriban Quliyeva çoxsaylı bıçaq xəsarətləri nəticəsində həyatını itirib. İlkin məlumata görə, qadının həyat yoldaşı, 41 yaşlı Mətləb Quliyev cinayəti qısqanclıq zəminində törədib.
Hadisədən dərhal sonra rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Qətli törətməkdə şübhəli bilinən Mətləb Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Kənd sakinlərinin sözlərinə görə, ailə ilə bağlı indiyədək hər hansı narazılıq və ya münaqişə eşidilməyib. Qonşular onları sakit və mehriban ailə kimi tanıyıblar. Qeyd edək ki, ailənin 15 və 16 yaşlarında iki oğlu var. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Mənbə
oxu.az