Kriminal

Bir gündə bu rayonun üç fərqli ərazisində yanğın baş verdi

21 Sep 2026, 22:12 1 baxış
Bir gündə bu rayonun üç fərqli ərazisində yanğın baş verdi
Şəkidə gün ərzində üç fərqli ərazidə yanğın baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisələrdən biri günorta saatlarında Birinci Biləcik kəndində qeydə alınıb. Yanğın nəticəsində 38 yaşlı Abdulla Malxanova məxsus, ümumi sahəsi 40 kvadratmetr olan tövlənin yanar konstruksiyaları, damına yığılmış 6 ton ot bağlamasının 4 tonu və bitişik sahəsi 54 kvadratmetr olan talvarın taxta atmaları yanıb. Yaxınlıqdakı tikililər və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Digər yanğın Bideyiz kəndində baş verib. Hadisə zamanı 58 yaşlı Hikmət Bağmanovun "MonteFerro" şirkətinə məxsus fındıq bağı ərazisində 700 kvadratmetr sahədə kol-kos və quru ot yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Axşam saatlarında isə şəhərin Bəxtiyar Vahabzadə küçəsi ərazisində yanğın qeydə alınıb. Çay ətrafında 2.5 hektar sahədə kol-kos və quru ot, həmçinin sahibi məlum olmayan bağın ətrafında 150 kvadratmetr sahədə çəpər yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Hər üç yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər