İdman

"Formula-1"lə bağlı mühüm dəyişikliklər

21 Sep 2026, 22:36 1 baxış
"Formula-1"lə bağlı mühüm dəyişikliklər
Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb. Oxu.Az bu barədə FIA-nın rəsmi saytına istinadən xəbər verir. Əsas yeniliklərdən biri yarışların standart məsafəsinin 305 kilometrdən 290 kilometrə endirilməsi olacaq. Trasdan asılı olaraq, Qran-pri yarışları təxminən iki-üç dövrə qısa keçiriləcək. Bu dəyişiklik mühərrik reqlamentindəki yeniliklərlə əlaqədardır. Bununla yanaşı, komissiya yağış və ya digər gözlənilməz hallar zamanı tətbiq olunan qaydaların dəyişdirilməsini də razılaşdırıb. Start anından Qran-prinin tam başa çatmasına qədər qüvvədə olan üç saatlıq vaxt məhdudiyyəti ləğv ediləcək. Bunun əvəzinə trasdakı bütün fəaliyyətlərin başa çatdırılması üçün müəyyən vaxt limiti tətbiq olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər