Cəmiyyət

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

21 Sep 2026, 23:17 2 baxış
Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Dünya İqtisadi Forumu tərəfindən "Əməkdaşlığın olmadığı zamanda əməkdaşlıq gündəliyi" mövzusunda təşkil olunmuş dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) X sosial şəbəkə hesabında məlumat paylaşıb.


Qeyd olunub ki, yüksək səviyyəli nahar ziyafəti bu gün dünyanın üzləşdiyi qlobal təhlükəsizlik çağırışlarının həllini müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün siyasət qurucularını, biznes liderlərini və müxtəlif sektorlardan olan ekspertləri bir araya gətirib.

Mənbə axar.az

Oxşar Xəbərlər