Cəmiyyət

Salyanda faciə: Avtomobil piyadanı vuraraq öldürdü

21 Sep 2026, 22:58 1 baxış
Salyanda faciə: Avtomobil piyadanı vuraraq öldürdü
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının Salyan rayonunun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, kənd sakini, 1956-cı il təvəllüdlü Nəcəf Qılınc oğlu Hüseynov yolu keçmək istəyərkən "Audi" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Salyanda faciə: Avtomobil piyadanı vuraraq öldürdü
Mənbə oxu.az

Oxşar Xəbərlər