Kriminal

Bakı-Ələt-Astara magistral yolunda yanğın oldu

21 Sep 2026, 19:43 1 baxış
Bakı-Ələt-Astara magistral yolunda yanğın oldu

19:02


Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verib.


Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.


Qeyd olunub ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində işlər davam etdirilir.


***


Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb.


Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.


Magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər