İdman
Palmer İngiltərə millisinin heyətindən kənarlaşdırıldı - Səbəb
"Çelsi"nin yarımmüdafiəçisi Kol Palmer zədə səbəbindən İngiltərə millisinin heyətindən çıxarılıb. Oxu.Az "Sky Sports News"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun əzələ zədəsi səbəbindən Millətlər Liqası oyunlarında iştirak edə bilməyəcəyi bildirilib. Qeyd edək ki, Palmer Tomas Tuxelin DÇ-2026 üçün heyətinə daxil edilmədikdən sonra yenidən İngiltərə millisinə çağırılmışdı. İngiltərə yığması Millətlər Liqasında sentyabrın 26-da İspaniya, 29-da Çexiya, oktyabrın 3-də Xorvatiya, oktyabrın 6-da isə yenidən Çexiya ilə qarşılaşacaq.
Mənbə
oxu.az