Kriminal

Açıq ərazidə yanğın: Külək söndürülməni çətinləşdirir - Video

21 Sep 2026, 18:40 19 baxış
Açıq ərazidə yanğın: Külək söndürülməni çətinləşdirir - Video
Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər