Digər
Üçtərəfli danışıqların olacağını ümid edirik - Peskov
Rusiya Ukrayna üzrə üçtərəfli danışıqların bərpa olunacağına ümid edir.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ümid edirik ki, nəhayət, üçtərəfli danışıqların bərpasına nail olacağıq. Məqsədlərimizə sülh yolu ilə çatmaq üçün daha bir cəhd göstərəcəyik”, - Peskov bildirib.
Mənbə
axar.az