Kriminal
Bakıda restoranda mühafizəçinin meyiti tapıldı
Bakıda restorandan meyit tapılıb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda baş verib. Sentyabrın 20-si saat 12 radələrində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Bəxtiyar Musa oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi iaşə müəssisəsində aşkarlanıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Mənbə
oxu.az