Kriminal
Market işçiləri arasında dava: Bıçaqlanan var
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 19-da şəhər ərazisindəki kafelərdən birində baş verib. Şəhər ərazisindəki kafelərdən birində yeyib-içən iş yoldaşları arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib, 1991-ci il təvəllüdlü Vüqar Bəkirov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Oğuz rayon sakini Novruz Soltanov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Qeyd edək ki, mübahisə edən şəxslər şəhər ərazisindəki supermarketlərdən birində çalışırmışlar.
Mənbə
oxu.az