Kriminal

Sabirabadda bir ailə qəzaya düşdü

21 Sep 2026, 09:37 31 baxış
Sabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 1999-cu il təvəllüdlü Mahirə Mahir qızı Fərzəliyeva və 2019-cu il təvəllüdlü övladları müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər