İdman
ABŞ-də dovşan futbol matçını dayandırdı - Video
ABŞ-də futbol üzrə MLS müntəzəm çempionatının matçı meydana dovşanın qaçması səbəbindən dayandırılıb. Oxu.Az RBC-ya istinadən xəbər verir ki, hadisə "Toyota Stadium"da "Dallas" və "Ostin" komandaları arasında keçirilən oyunun 76-cı dəqiqəsində baş verib.
Bir neçə dəqiqədən sonra dovşanın meydanı tərk etməsinə kömək edilib - "Dallas"ın hücumçusu Loqan Farrinqton və komandanın əməkdaşı reklam lövhələrini kənara çəkərək çıxış üçün yol açıblar. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bu, son bir ay ərzində MLS oyununun analoji hadisələrə görə dayandırıldığı ilk hal deyil. Avqustun sonunda "San-Xose" klubunun ev arenası olan "PayPal Park" stadionunun meydanına azyaşlı uşaq daxil olmuşdu. Sentyabrın 13-də isə "Sinsinnati" klubunun "TQL Stadium" arenasında meydana sincab qaçmışdı.
+

Mənbə
oxu.az