İdman

Azərbaycanlı cüdoçu dünya çempionu oldu - Foto

20 Sep 2026, 23:48 30 baxış
Azərbaycanlı cüdoçu dünya çempionu oldu - Foto
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, ilk yarış günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında bir qızıl və üç bürünc medal qazanıb. 100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medala layiq görülüblər. Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.
Azərbaycanlı cüdoçu dünya çempionu oldu - Foto Azərbaycanlı cüdoçu dünya çempionu oldu - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər