İdman

Madrid derbisini "Atletiko" qazandı

20 Sep 2026, 21:24 26 baxış
Madrid derbisini "Atletiko" qazandı

Bu gün İspaniya La Liqasında Madrid derbisi keçirilib.


Axar.az xəbər verir ki, “Atletiko” 7-ci turda öz meydanında “Real”ı qəbul edib.


Oyun “Atletiko”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları meydan sahiblərindən Qrimaldo (53-pen.) və Conatan David (59), qonaqlardan Rudiger (89) vurublar. 52-ci dəqiqədə Dean Huijsen (“Real”) qırmızı vərəqə alıb.


Hazırda turnir cədvəlinə 7 oyundan maksimum nəticə göstərən “Barselona” başçılıq edir. Kataloniya təmsilçisinin 21 xalı var. “Atletiko” 16 xalla 2-ci, “Real” 15 xalla üçüncü yeri tutur.

Mənbə axar.az

Oxşar Xəbərlər