Kriminal

Salyanda avtomobillər toqquşdu: Ana və azyaşlı övladları xəsarət aldılar

20 Sep 2026, 20:32 26 baxış
Salyanda avtomobillər toqquşdu: Ana və azyaşlı övladları xəsarət aldılar
Salyanda yol-nəqliyyat hadisəsi zamanı bir ailənin üç üzvü xəsarət alıb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Vəfa Maksim qızı Şahbazova, onun övladları, 2025-ci il təvəllüdlü oğlu və 2026-cı il təvəllüdlü qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər