Kriminal

Cəlilabadda ağır qəza: 3 nəfər yaralandı

20 Sep 2026, 19:30 23 baxış
Cəlilabadda ağır qəza: 3 nəfər yaralandı

Cəlilabadda ağır yol qəzası baş verib.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.


Belə ki, “Toyota Prius” markalı avtomobil “VAZ-21099” markalı nəqliyyat vasitəsini ötmək istəyərkən manevri düzgün yerinə yetirməyib. Nəticədə “Toyota Prius” əvvəlcə “VAZ-21099”a çırpılıb.


Zərbənin təsirindən idarəetməni itirən avtomobil daha sonra qarşı tərəfdən gələn “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə toqquşub.


Qəza nəticəsində 3 nəfər – 1960-cı il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyev xəsarət alıb.


Yaralılar xəstəxanaya çatdırılıb.


Hadisənin təfərrüatları araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər