İdman

"Şamaxı" öz meydanında "Araz-Naxçıvan"ı məğlub etdi

20 Sep 2026, 18:38 26 baxış
"Şamaxı" öz meydanında "Araz-Naxçıvan"ı məğlub etdi
Misli Premyer Liqasının VI turunda daha bir görüş keçirilib. Oxu.Az xəbər verir ki, "Şamaxı" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib. Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Şamaxı"nın heyətində Rikardo Apolinario 27 və 36-cı dəqiqələrdə penaltidən fərqlənib. Naxçıvan təmsilçisinin yeganə qolunu isə 32-ci dəqiqədə Ağadadaş Salyanskiy rəqib qapısından keçirib. Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran Şamaxı komandası 6-cı pilləyə yüksəlib. 2 xala malik "Araz-Naxçıvan" isə 11-ci yerdə qərarlaşıb. Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı (1:0), "Turan Tovuz" "Zirə"ni (1:0), "Sabah" isə "İmişli"ni (3:1) məğlub edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər