Dünya
Ağ Evin qarşısında gərgin anlar: Trampla görüş tələb edən şəxs həbs olundu - Foto
Ağ Evin yaxınlığında ABŞ Prezidenti Donald Trampla danışmağı tələb edən şəxs həbs olunub. Oxu.Az bu barədə "Sun" nəşrinə istinadən xəbər verir. Hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər avtomobilin mühafizə çəpərinin yanındakı səkiyə çıxmasından sonra Ağ Evin yaxınlığındakı Lafayet-skver parkının ətrafındakı yolayrıcını mühasirəyə alıblar. "Məxfi Xidmətin əməkdaşları təhlükəsizlik rejiminin pozulması barədə məlumatdan sonra kişini həbs ediblər", - deyə nəşr qeyd edir. Məlumata görə, avtomobilin sükanı arxasında olan şəxsin əllərinə qandal vurulduqdan sonra o, Ağ Ev rəhbəri ilə görüşməyi və danışmağı tələb edib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az