Dünya

Moskvaya ən kütləvi dron hücumu olub: Ölənlər var - Video

20 Sep 2026, 10:44 6 baxış
Moskvaya ən kütləvi dron hücumu olub: Ölənlər var - Video
Hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Moskvaya edilən ən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumunu dəf edib. Oxu.Az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, dünəndən bəri 1 600-dən çox PUA vurulub. Onlardan 450-si paytaxta yaxınlaşarkən məhv edilib. PUA hücumu zamanı Moskva Neft Emalı Zavodunun ərazisindəki obyektlərdən biri zədələnib. Dronlardan biri şəhərin cənubunda, Orexov bulvarı rayonunda yerləşən binaya çırpılıb. Moskva vilayətində 17 dairə hücuma məruz qalıb. İki nəfər həlak olub, daha altı nəfər xəsarət alıb. Moskvanın Domodedovo, Vnukovo, Şeremetyevo və Jukovski aeroportları təyyarələri qəbul etmir və yola salmır. 30-dan çox reys eniş edə bilmədiyindən digər şəhərlərin hava limanlarına yönləndirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər