Kriminal

Bakıda məktəbin həyətində yanğın oldu

20 Sep 2026, 01:07 6 baxış
Bakıda məktəbin həyətində yanğın oldu

Paytaxtın Nizami rayonunda yerləşən 238 nömrəli məktəbin həyətyanı sahəsində yanğın baş verib.


Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğın nəticəsində məktəbin ərazisində yerləşən tikilinin təxminən 20-25 kvadratmetr sahədə dam örtüyü və içərisindəki əşyalar yanıb.


Yanğın qısa müddətdə söndürülüb. Alovun ətraf ərazilərə, o cümlədən şam ağaclarının yerləşdiyi sahəyə yayılmasının qarşısı alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər