Kriminal
"Ford Transit" "Niva" ilə toqquşdu: Dörd nəfər xəstəxanaya yerləşdirildi
Astara rayonunun Təxtənəkəran kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə zamanı Samid Həmidovun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili ilə Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi "Niva" markalı avtomobil toqquşub. Toqquşmanın ardından "Ford Transit" yoldan çıxaraq aşıb. Qəza nəticəsində "Niva"nın sürücüsü Gülağa Əliyev və avtomobildə olan üç sərnişin - 1980-ci il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə çatdırılıblar. Vəziyyəti ağır olan Gülağa Əliyev və Rüstəm Əliyev Reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlara dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az