İdman

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni son saniyələrdə məğlub etdi

19 Sep 2026, 19:36 26 baxış
Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni son saniyələrdə məğlub etdi
Misli Premyer Liqasında VI turun daha bir oyunu keçirilib. Oxu.Az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə üstün olublar. Yeganə qolu Filip Damyanoviç 90+6-cı dəqiqədə vurub. Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran "Turan Tovuz" turnir cədvəlində dördüncü pilləyə yüksəlib. "Zirə" isə 10 xalla beşinci sırada qərarlaşıb. Günün ikinci görüşündə "İmişli" "Sabah"ın qonağı olacaq. Qeyd edək ki, VI tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni 3:0, "Qarabağ" isə "Şəfa"nı 1:0 hesabı ilə məğlub edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər