Kriminal

Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var

19 Sep 2026, 16:45 28 baxış
Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var
Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Mirzəcamallı kəndində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Səxavət Niyaz oğlu Babayev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarına aşıb. Nəticədə avtomobildə olan Beyləqan rayonunun Baharabad kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində həyatını itirib. Qəza zamanı sürücü S.Babayev, 1977-ci il təvəllüdlü Ruhiyyə Sabir qızı Hüseynova və Məhəmməd Məmməd oğlu İsgəndərov ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər