Kriminal
Həkəri çayında batan şəxsin meyiti 2 ay sonra tapıldı
İyulun 4-də Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə
oxu.az