Kriminal

Kişi arvadını autizmli uşağının gözü qarşısında... - Video

18 Sep 2026, 20:30 2 baxış
Kişi arvadını autizmli uşağının gözü qarşısında... - Video

Marketlərin birində kişi həyat yoldaşını uşağının gözləri qarşısında döyüb.


Axar.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.


O qeyd edib ki, hadisə qadının autizmli övladının gözləri qarşısında baş verib:


"İllərdir həyat yoldaşının zorakılığına məruz qalan üç uşaq anası sonuncu dəfə marketdə insanların və ən kiçik övladının gözləri qarşısında ağır şiddətə məruz qalıb. Xanımın ən kiçik övladı autizm spektrindədir və hadisənin onun gözləri qarşısında baş verməsi vəziyyəti daha da ağırlaşdırıb.


Hazırda qadının həyatının təhlükədə olduğu bildirilir. Ən narahatedici məqam isə şiddət göstərən şəxsin hələ də sərbəst şəkildə dolaşmasıdır. Bu qadın və üç övladı üçün təhlükəsizliyin təmin olunması çox vacibdir. Belə hallarda susmaq və göz yummaq daha böyük faciələrə səbəb ola bilər. Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə təxirəsalınmaz şəkildə müdaxilə edəcək və qadının və övladlarının təhlükəsizliyi təmin olunacaq".

Mənbə axar.az

Oxşar Xəbərlər