İstənilən an NATO-Rusiya savaşı baş verə bilər
Rusiya NATO ölkələrinə qarşı təxribatlarını artıraraq açıq təcavüz səviyyəsindən aşağı hərəkət edir. Lakin kəskin eskalasiyaya səbəb olacaq səhv istənilən an mümkündür.
Axar.az xəbər verir ki, bunu CNN-in beynəlxalq təhlükəsizlik məsələləri üzrə baş müxbiri Nik Paton yazıb.
O qeyd edir ki, Rusiya Qərb ölkələrinə qarşı təxribatları fəal şəkildə artırır və bu hadisələrin hər biri - Polşa sərhədi yaxınlığında Ukrayna qatarına hücum, Litvada PUA hücumu və ya Danimarka helikopterini vurmaq cəhdi - təsadüfi deyil.
Patonun fikrincə, Moskva NATO ilə münasibətləri iki səbəbdən gərginləşdirməyə çalışır. Birincisi, müttəfiqləri Ukraynaya dəstəyini azaltmağa məcbur etmək, ikincisi isə NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsini sınaqdan keçirməkdir.
Müəllif adının çəkilməsini istəməyən bir avropalı diplomatdan sitat gətirir:
"İndi baş verənlər bir neçə ay əvvəl NATO-nun 4-cü maddəsini işə sala bilərdi. İndi isə bu, demək olar ki, gündəlik bir hadisəyə çevrilir. O əlavə edib ki, Rusiyanın məqsədi Avropanı Ukraynanı dəstəkləməkdən çəkindirmək və “eskalasiya qorxuları ilə oynamaqdır".