Dünya
İsveçin baş naziri istefa verdi
İsveçin Baş naziri Ulf Kristersson parlament seçkisində müxalifət partiyasının qələbə qazanmasından sonra istefa verdiyini bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki şəxsi hesabında paylaşım edib. "Məni baş nazir vəzifəsindən azad etməyinizi xahiş edirəm", - deyə o qeyd edib. Siyasətçi həmin məktubun mətnini sosial şəbəkədə yayımlayıb. Qeyd edək ki, sentyabrın 13-də mərkəz-solçu blokun müxalif partiyaları İsveç parlamentində 176, iqtidarda olan mühafizəkarlar bloku isə 173 yer qazanıb. Sözügedən bloka Sosial-Demokrat Fəhlə Partiyası, Sol Partiya, Ətraf Mühitin Mühafizəsi Partiyası və sosial-demokratları dəstəkləyən Mərkəz Partiyası daxildir. Məlumata görə parlamentdəki 349 yer uğrunda verilən bütün səslər artıq hesablanıb, lakin nəticələrin rəsmi və yekun təsdiqi yaxın günlərdə baş tutacaq.
Mənbə
oxu.az