Dünya
Rusiya və Ukrayna arasında meyit mübadiləsi həyata keçirildi - FOTO
Rusiya və Ukrayna tərəfi Belarusla sərhəddə həlak olmuş hərbi qulluqçuların nəşlərinin daha bir mübadiləsini həyata keçirib. Oxu.Az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb. Proses "Novaya Quta" sərhəd-keçid məntəqəsində baş tutub. Məlumata görə, Rusiya tərəfi 252, Ukrayna tərəfi isə 23 ölmüş hərbçinin meyitini qarşı tərəfə təhvil verib. Xatırladaq ki, Rusiya və Ukrayna arasındakı müharibənin ilk günlərindən etibarən Belarus həm humanitar dəhliz rolunu oynayır, həm də sülh danışıqları, hərbi əsirlərin, mülki vətəndaşların və həlak olanların nəşlərinin dəyişdirilməsi üçün əsas meydança kimi istifadə olunur.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az