Digər

Səudiyyə husilərə məxsus PUA-nı məhv etdi

17 Sep 2026, 18:27 2 baxış
Səudiyyə husilərə məxsus PUA-nı məhv etdi

Səudiyyə Ərəbistanının Ət-Taif şəhəri üzərində husilərə məxsus PUA məhv edilib.


Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin məlumatında deyilir.


Bildirilib ki, sentyabrın 17-si Yəmənin husi hərəkatı tərəfindən buraxılan PUA-nın məhv edilməsindən sonra onun qalıqları Ət-Taifə düşüb.


Nəticədə Yəmən vətəndaşı ölüb, bir Səudiyyə Ərəbistanı və bir Pakistan vətəndaşı isə yaralanıb. Pakistan vətəndaşının vəziyyəti ağır qiymətləndirilir.


Bundan əlavə, bir sıra binalara və nəqliyyat vasitələrinə maddi ziyan dəydiyi qeydə alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər