Siyasət

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

17 Sep 2026, 16:26 1 baxış
BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb.


Axar.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:


“Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımızı döyüş meydanında bərpa etməli olduq. Lakin beynəlxalq mexanizmlər işləsəydi və BMT sistemi normal fəaliyyət göstərsəydi, - yeri gəlmişkən, ŞƏT çərçivəsindəki qısa çıxışım zamanı bu barədə də danışmışdım, çünki mövzu BMT və beynəlxalq təşkilatlarla bağlı idi, - ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq, bu qədər itki olmazdı”.

Mənbə axar.az

Oxşar Xəbərlər