Siyasət
Bakıda türk dünyasının təhlükəsizlik zirvəsi: Önəmli mesajlar verildi
Prezident İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikası Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib. Prezident görüş zamanı çıxışında Türk Dövlətləri Təşkilatının gələcək inkişaf perspektivləri, Azərbaycanın təşkilat çərçivəsindəki rolu, enerji və nəqliyyat təhlükəsizliyi, ikitərəfli əməkdaşlıq və xarici siyasət prioritetləri ilə bağlı mühüm mesajlar səsləndirilib. Azərbaycanın TDT-də mərkəzi və etibarlı platforma rolu Bir neçə gün əvvəl TDT üzv dövlətlərinin dini liderlərinin, bu gün isə Təhlükəsizlik şuralarının katiblərinin Bakıda toplaşması ölkəmizin Türk Dövlətləri Təşkilatı ilə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu göstərir. Qısa müddət ərzində həm dini, həm də təhlükəsizlik sahəsində yüksək səviyyəli tədbirlərin eyni məkanda keçirilməsi Azərbaycanın TDT çərçivəsində etibarlı və mərkəzi platforma kimi qəbul olunduğunu, beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsi üçün əlverişli və etibarlı məkan kimi tanındığını göstərən mühüm amillərdəndir. Prezident İlham Əliyevin "Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır" sözləri də bunun göstəricisidir. TDT-nin strateji hədəfi və inkişaf yolu Türk Dövlətləri Təşkilatının əsas hədəfi onu aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməkdir. 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra fəaliyyətə başlayan TDT ötən dövr ərzində üzv ölkələr arasında əlaqələrin inkişafı, mühüm məsələlərin həlli və beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini genişləndirib. Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi baxımından mühüm platforma kimi yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması istiqamətində mütəmadi olaraq yeni təklif və təşəbbüslərlə çıxış edir. Bununla da ölkəmiz təşkilatın funksionallığının gücləndirilməsi prosesinə mühüm töhfələr verir. Dövlətimizin TDT çərçivəsindəki əməkdaşlığı beynəlxalq platformalarda da davam etdirir. Bu baxımdan təşkilatın üzv ölkələrin milli maraqları ilə bağlı həssas məsələlərə dair vahid mövqedən çıxış etmək təcrübəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın paytaxtı Bakı şəhərində Türk əməkdaşlıq təşkilatlarından ikisinin - Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) və Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) mənzil qərargahlarının yerləşməsi də ölkəmizin Türk dünyası ilə əlaqələri mahiyyət və keyfiyyətcə yeni mərhələyə yüksəltmək istəyinin göstəricilərindəndir. TDT-nin zirvə görüşləri TDT-nin yüksəksəviyyəli görüşləri davamlı təşkil olunur. Azərbaycanın təşəbbüsü ilə son dövrdə qeyri-rəsmi zirvə görüşlərinin keçirilməsinə də başlanılıb. İlk belə görüş Şuşada baş tutub. Prezident İlham Əliyev bununla bağlı TDT-yə üzv ölkələrin təhlükəsizlik şurasının nümayəndələri ilə görüşündə də diqqətə çatdırıb: "Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri müntəzəm xarakter daşıyır. Azərbaycanın təşəbbüsü ilə yaxın vaxtlardan etibarən qeyri-rəsmi Zirvə görüşləri də keçirməyə başlamışıq. Çünki hesab etdik ki, dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Lakin dediyim kimi, ölkələrimizin hər birinin üzv ölkələrlə ikitərəfli gündəliyi kifayət qədər fəaldır. Ancaq biz birlikdə ildə bir dəfə toplaşırıq və hesab etdik ki, bu azdır. Həmkarlarımız da bunu dəstəklədilər və ilk qeyri-rəsmi Zirvə görüşü Şuşada, daha sonra isə digər ölkələrdə də keçirildi".
Enerji və nəqliyyat dəhlizlərinin strateji əhəmiyyəti Geniş coğrafi məkanda yerləşən TDT regionu enerji və nəqliyyat dəhlizləri baxımından həm üzv ölkələr, həm də daha geniş coğrafiya üçün mühüm rol oynayır. Nəqliyyat və enerji təhlükəsizliyi sahəsində TDT-nin rolu getdikcə artır. Enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan ümumi təhlükəsizlikdən danışmaq mümkün deyil. Azərbaycan Mərkəzi Asiya ölkələrindən Xəzər dənizi vasitəsilə beynəlxalq bazarlara çıxışda tranzit ölkə kimi çıxış edir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın coğrafi mövqeyi nəqliyyat və enerji təhlükəsizliyi layihələrində bütün üzv dövlətlər üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev sözügedən görüşdə bu məsələyə də diqqət çəkib: "Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". İkitərəfli əməkdaşlıq və xarici siyasət prioriteti Azərbaycan TDT-yə üzv ölkələrlə çoxtərəfli formatla yanaşı, ikitərəfli müstəvidə də fəal əməkdaşlıq edir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələr imzalanıb. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi də fəal şəkildə həyata keçirilməkdədir. Dövlət başçısı qeyd edib ki, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir: "Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur".
Bütün bunlar göstərir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq artıq yalnız siyasi və mədəni əlaqələrlə məhdudlaşmır. Təhlükəsizlik, enerji, nəqliyyat, investisiya və beynəlxalq platformalarda qarşılıqlı dəstək kimi istiqamətlərin vahid gündəmdə birləşməsi türk dünyası ölkələri arasında əməkdaşlığın daha sistemli və institusional mahiyyət daşıdığının göstərir. Bakıda keçirilən görüş də məhz bu baxımdan diqqət çəkir. TDT-yə üzv və müşahidəçi ölkələrin təhlükəsizlik məsələlərinə cavabdeh yüksək vəzifəli şəxslərinin bir araya gəlməsi təşkilat daxilində təhlükəsizlik gündəliyinin də getdikcə daha böyük əhəmiyyət qazandığını nümayiş etdirir. Çünki müasir dünyada iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, enerji layihələrinin reallaşdırılması və siyasi əməkdaşlığın dərinləşdirilməsi təhlükəsizlik məsələlərindən ayrı nəzərdən keçirilə bilməz. TDT-nin qarşısında duran əsas məqsəd də məhz əməkdaşlığın mövcud imkanlarını daha geniş və dayanıqlı mexanizmlərə çevirməkdir. Azərbaycanın bu prosesdə irəli sürdüyü təşəbbüslər və üzv dövlətlərlə formalaşdırdığı ikitərəfli münasibətlər isə təşkilat daxilində çoxtərəfli əməkdaşlığın möhkəmlənməsi üçün əlavə imkanlar yaradır.

Mənbə
oxu.az