İdman
"Trabzonspor"da Fateh Tekkeni o əvəz etdi - Foto
Tomas Rays "Trabzonspor"un yeni baş məşqçisi təyin edildi.
Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Tomas Rays daha əvvəl Türkiyədə “Samsunspor”a rəhbərlik edib. O, son olaraq Bolqarıstanın “Ludoqorets” klubunda çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl Trabzon təmsilçisi Fateh Tekke ilə yolları ayırıb.
Mənbə
axar.az