İdman

Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq

17 Sep 2026, 14:04 3 baxış
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
Azərbaycan Kubokunun finalı tarixdə ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov məlumat verib. O bildirib ki, qərar PFL-in təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı əsasında qəbul olunub. Xatırladaq ki, Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkatma mərasimi sabah keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər