Cəmiyyət

ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı

17 Sep 2026, 13:33 3 baxış
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı

ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc Turan Fehruz oğlu İslamlı həyatına son qoyub.


Axar.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, Turan İslamlı Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Onun atası əslən Laçın rayonundandır. Ailə uzun illərdir Bərdədə məskunlaşıb.


Məlumata görə, Turan ixtisasca mühəndis olub. O, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Bir müddət Şuşada memar kimi fəaliyyət göstərib, daha sonra ABŞ-a gedib və ordu sıralarında xidmət edib.


T.İslamlı həmçinin güclü şahmatçı kimi tanınıb. Ailədə ata-anası, iki qardaşı və bir bacısı olub.


Yaxınları bildirib ki, Turan “Yaşıl kart” qazanıb və ABŞ-a gedib: “Bundan sonra ABŞ-da orduya daxil olub. Turan bütün fənləri yaxşı bilib və ingilis dilində imtahan verib. O, dünən məzuniyyətə Bakıya gəlib və səhər saatlarında həyatına son qoyub”.


Qeyd edək ki, hadisənin səbəbləri barədə hələlik əlavə məlumat yoxdur.

Mənbə axar.az

Oxşar Xəbərlər